Ukrayna bir neçə ölkənin rəsmilərilə Rusiya ilə danışıqlara hazırlığı müzakirə edib

Ukrayna bir neçə ölkənin rəsmilərilə Rusiya ilə danışıqlara hazırlığı müzakirə edib

Andrey Yermak Britaniya, Almaniya, Fransa və İtaliya Müşavirləri ilə Telefon Danışığı Aparıb

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak, Böyük Britaniya, Almaniya, Fransaİtaliya liderlərinin diplomatik və təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə telefon danışığı aparıb. Bu barədə məlumatı Ukrayna Prezidenti Ofisinin Mətbuat xidməti yayıb.

Görüşdə Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell, Almaniya kanslerinin müşaviri Günter Zautter, Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bonnİtaliya Baş nazirinin diplomatik müşaviri Pietro Karini iştirak ediblər.

Danışıqlar zamanı tərəflər ədalətli sülhə nail olmaq üçün diplomatik səylərin koordinasiyasıRusiya ilə növbəti görüşə hazırlıq məsələlərini müzakirə ediblər. Andrey Yermak bildirib ki, Rusiya tərəfi məhbus mübadiləsindən sonra atəşkəslə bağlı memorandum təqdim etməyib, halbuki Ukrayna artıq öz sənədini təqdim edib.

“Ukrayna növbəti görüşə hazırdır, lakin biz konstruktiv danışıqlar aparmaq istəyirik. Bunun üçün Rusiyanın layihəsini almaq vacibdir. Dörd gün sənədi hazırlayıb təqdim etmək üçün kifayətdir”, – deyə Yermak vurğulayıb.

O, həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu Ukraynanın mövqeyi barədə məlumatlandırdığını və ABŞ və Avropa nümayəndələrinin danışıqlarda iştirakı vacib olduğunu qeyd edib.