Türkiyədəki zəlzələ nəticəsində təxliyə olunan azərbaycanlı tələbələrin bir hissəsi geri dönüb – RƏSMİ

Türkiyədəki zəlzələ nəticəsində təxliyə olunan azərbaycanlı tələbələrin bir hissəsi geri dönüb – RƏSMİ

Təhsil Nazirliyi Türkiyədən zəlzələ nəticəsində Azərbaycana qaytarılan tələbələrin təhsilləri ilə bağlı məsələyə münasibət bildirib.

Birmillet.az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Elazığ şəhərində baş vermiş təbii fəlakətdən sonra orada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycan hökuməti tərəfindən xüsusi reyslə evakuasiya edildiyi bildirilib.

Tələbələrin  bir qismi təhsillərini davam etdirmək məqsədilə geri dönüb, digərlərinin də yaxın zamanda geri dönməsi gözlənilir.

Qeyd edək ki, yanvarın 24-də yerli vaxtla sat 20.55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyədə zəlzələ zonasında olan azərbaycanlı tələbələr Naxçıvana, oradan isə təyyarə ilə Bakıya gətirilib. Təyyarə ilə Bakıya gətirilən azərbaycanlı tələbələrin sayı ümumilikdə 102 nəfər olub.