Atakan Kayalar: “Oxuyacağım məktəb dezinfeksiya olunmalıdır” VİDEO

Atakan Kayalar: “Oxuyacağım məktəb dezinfeksiya olunmalıdır” VİDEO

Atakan Kayalar Türkiyə gündəmini zəbt etməsinin ardınca ailəsi ilə birlikdə “CNN TÜRK”ün qonağı olub.

Böyüyəndə psixiatr olmaq istəyən Atakan təhsil alacağı məktəblə bağlı tələblərini irəli sürüb. O bildirib ki, oxuyacağı məktəbdə ona ev tapşırıqları az verilməli və koronavirus təhlükəsi ilə əlaqədar həmin müəssisə dezinfeksiya olunmalıdır.

Sözügedən müsahibə “CNN TÜRK”ün Youtube kanalında bir milyondan çox baxış sayı əldə edib və Türkiyə cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Çoxları Atakanın şəxsiyyət pozğunluğundan əziyyət çəkdiyini iddia edirlər. Bəziləri isə onun mətbuat tərəfindən şişirildiyini və əslində üstün zəkaya sahib olmadığını bildiriblər.

Birmillet.az həmin videonu nəzərinizə çatdırır.