Türkiyədə zəlzələ
Türkiyənin zəlzələ baş verən bölgəsində xilasetmə işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 00:45-ə olan məlumata görə, xilas edilənlərin sayı 6 nəfərə çatıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bölgəyə səyyar fəaliyyət göstərəcək mətbəx, təcili tibbi yardım məntəqəsi və s. zəruri xidmətlər göndərib. Bütün hökumət qurumlarının hissələri mərkəzləşmiş koordinasiya ilə təbii fəlakət bölgəsində fəaliyyətə cəlb olunub.
Dağıdıcı zəlzələdən sonra 2,7 baldan yuxarı olmaqla 35-dən çox yeraltı təkan qeydə alınıb.
Mənbə: azertag.az












































