Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı .

Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı .

Türkiyə sakinləri Instagram, Youtube, Twitter və Facebook kimi məşhur sosial şəbəkələrə daxil olmaqda çətinlik çəkir. Birmillet.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “Downdetector” saytında məlumat verilib.

“RİA Novosti” yazır ki, bu, İdlibdə onlarla türk hərbçisinin şəhid olmasından sonra baş verib. Məlumatda deyilir ki, Ankara daha əvvəl də sosial şəbəkələrə girişi məhdudlaşdırırdı, lakin bu, böyük terror aktlardan sonra baş verirdi.

Xatırladaq ki, daha əvvəl İdlibdə Bəşər Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. Nəticədə Türkiyənin 29 əsgəri şəhid olub. Türkiyə ordusu qarşı tərəfin mövqelərinə cavab zərbələri endirib.