Türkiyə vurduğu zərbələrin videosunu yaydı – VIDEO

Türkiyə vurduğu zərbələrin videosunu yaydı – VIDEO

Türkiyə – Suriya zərbələri

Türkiyənin rəsmi xəbər agentliyi olan Anadolu Agentliyi İdlib əyalətində türk ordusu tərəfindən Suriya qoşunlarına endirilən zərbələrin videosunu yayımlayıb.

Birmillet.azQafqazinfo”ya istinadən xəbər verir ki, iki həftə ərzində Türkiyə hərbi qüvvələri Suriya rejim qoşunlarının 130-a yaxın hərbi texnikasını zərərsizləşdirib. Əlavə olaraq, videoda qeyd edilir ki, son 17 gün ərzində Türkiyə ordusunun hücumları nəticəsində 55 Suriya tankı, 18 zirehli, 21 hərbi maşın, 29 helikopter və 3 vertolyot məhv edilib, 1.7 min hərbçi zərərsizləşdirilib.

Xatırladaq ki, daha əvvəl İdlibdə Bəşər Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. Nəticədə Türkiyənin 33 əsgəri şəhid olub.          Türkiyə – Suriya zərbələri