Türkiyədə külək elektrik stansiyalarının ümumi istehsalda payı rekorda çatıb

Türkiyədə külək elektrik stansiyalarının ümumi istehsalda payı rekorda çatıb

Türkiyədə külək elektrik stansiyalarının ümumi elektrik istehsalındakı payı yanvarın sonuna 21,3%-ə (166,738 MVt) çatıb. Bu, ölkənin enerji sektoru tarixində rekord göstəricidir.

Birmillet.az saytı “APA-Economics”-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında deyilir. 

Nazirliyin verdiyi məlumata görə, yanvarın 24-nə ölkədə ümumilikdə 783,355 MVt elektrik enerjisi istehsal edilib ki, ondan 26%-i istilik elektrik stansiyalarının, 21,3%-i isə külək elektrik stansiyaların payına düşüb.

Ümumilikdə, 2020-ci ilin sonuna Türkiyədə külək elektrik stansiyalarının gücü 9,244 MVt-a çatdırılıb.