Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatdı

Türkiyə Səhiyyə naziri Fahrettin Koca ölkədə koronavirusdan 9 yeni ölüm faktının baş verdiyini açıqlayıb.

Birmillet.az xəbər verir ki, bu barədə Twitterdə yazan nazir 289 yeni yoluxma faktının olduğunu da qeyd edib.

Bununla da ölkədə ölüm sayı 30-a, virusa yoluxanların sayı isə 1236 nəfərə yüksəlib.

F. Koca Türkiyə vətəndaşlarına səslənib: “Yeni canlar itiririk. Yoluxma sayı artır. Ancaq mümkün olduğu qədər çox test etdiyimizi unutmayaq. Müalicəyə alınmış hər şəxslə yayılmanın qarşısını bir az da alırıq. Evimizdə qalaq, risk almayaq”.