“Qalatasaray”ın vitse-prezidenti və xanımı koronavirusa yoluxdu

“Qalatasaray”ın vitse-prezidenti və xanımı koronavirusa yoluxdu

Türkiyənin “Qalatasaray” futbol klubunun vitse-prezidenti Abdurrahim Albayrak və onun həyat yoldaşı Şükran Albayrakda koronavirus aşkarlanıb.

Birmillet.az xəbər verir ki, bu barədə klubun özü məlumat yayıb.

Məlumata görə, A.Albayrak və Ş.Albayrakın koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, A.Albayrak ötən həftə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.