Türkiyədə azərbaycanlı mütəxəssislər üçün təlimlər keçiriləcək

Türkiyədə azərbaycanlı mütəxəssislər üçün təlimlər keçiriləcək

Türkiyədə təlim

Türkiyə dəmir-polad və əlvan metallurgiya sahəsində əldə etdiyi təcrübələrdən faydalanmaq məqsədi ilə azərbaycanlı mütəxəssislərə təlimlər keçəcək.

Birmillet.azTrend“ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Sənaye və Texnologiya Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına əsasən, təlimlərin 2020-2021-ci illəri əhatə etməsi nəzərdə tutulur:

“2020-2021-ci illər müddətində iki ölkənin dəmir-polad, əlvan metallurgiya sahələrinin nümayəndələri azərbaycanlı mütəxəssislər üçün istehsal, tədqiqat, inkişaf və digər mövzularda təlimlər keçəcəklər.

Nazirlikdən bildiriblər ki, təlim və texniki səfərlər Türkiyədə dörd fərqli qrup halında olacaq:

“Azərbaycanlı mütəxəssislərin Türkiyəyə səfəri, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsinə səbəb olacaq ki, bu da hər iki tərəfin maraqlarına xidmət edir.