Türkiyə Zəngəzur dəhlizinin öz ərazisindən keçən 224 kilometrlik hissəsində yaxın aylarda işə başlayacaq.
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetində çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan da Zəngəzur dəhlizində işləri davam etdirir.
“Türkiyə bu marşrutun (Orta Dəhliz nəzərdə tutulur – red.) əsas ölkələrindən biridir. Tarixən bu marşrutun böyük əhəmiyyəti olub. Bu gün biz onun potensialını gücləndirmək istəyirik”, – deyə A.Uraloğlu əlavə edib.












































