Türkiyə Xarici İşlər Nazirliyi: Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır

Türkiyə Xarici İşlər Nazirliyi: Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır

Krımın Rusiya tərəfindən ilhaqı beynəlxalq hüququn pozulmasıdır – Türkiyə Xarici İşlər Nazirliyi

Krım yarımadasının Rusiya Federasiyası tərəfindən ilhaqı beynəlxalq hüququn pozulmasıdır. Türkiyə Xarici İşlər Nazirliyi, Krımın Rusiyaya ilhaqının 11-ci ildönümü ilə əlaqədar açıqlama verib.

Açıqlamada, Ankara bu vəziyyəti qəbuledilməz hesab edir və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Nazirlik qeyd edib ki, Türkiyə Krımdakı vəziyyəti, xüsusən də yerli Krım tatar türklərinin vəziyyətini yaxından izləyir və bu məsələnin beynəlxalq ictimaiyyətin gündəmində qalmasını təmin etməyə davam edəcək.

2014-cü il fevralın 20-də Rusiya qoşunlarının yeridilməsi və strateji obyektlərin ələ keçirilməsi ilə başlayan Krımın işğalı martın 16-da Rusiya hərbçilərinin nəzarətində keçirilən “referendum”la davam edib. İki gün sonra, Rusiya Krımın ilhaqını elan edən sənəd imzalayıb. Martın 27-də BMT Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü təsdiq edən qətnamə qəbul edib.

Hazırda Krımın işğalı davam edir və Azərbaycan da daxil olmaqla, bir çox ölkə Krımın Rusiyaya ilhaqını tanımır.