Türkiyə Super Kuboku uğrunda görüş Qətərdə keçiriləcək

Türkiyə Super Kuboku uğrunda görüş Qətərdə keçiriləcək
Türkiyənin “Başakşehir” və “Trabzonspor” komandaları arasında oynanılacaq Super Kubok qarşılaşması Qətərdə keçiriləcək.
Bunu Birmillet.az saytı Qaynarinfo-ya istinadən bildirir.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir də bir qədər əvvəl qarşılaşmanın Qətərdə keçirilməsi ehtimalının olduğunu bildirmişdi.