Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma imzalandı

Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma imzalandı
Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər gedir.
Birmillet.az saytı qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Azərbaycan ilə Ermənistan arasındakı atəşkəsin tətbiq olunmasını müşahidə və təftiş etmək məqsədilə noyabrın 11-də Türkiyə milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında videokonfrans vasitəsilə ilkin anlaşma imzalanmışdı.