Almaniya Kansleri Angela Merkel Avropa İttifaqı (Aİ) ilə Türkiyə münasibətlərində irəliləyişin olmadığını açıqlayıb.
Birmillet.az saytı Qafqazinfo-ya istinadən xəbər verir ki, Merkel oktyabrda keçirilən Aİ zirvəsindən bu günə qədər Türkiyə ilə əlaqələrdə bir çox əngəllər olduğunu bildirib:
“Türkiyə ilə münasibətlərdə təəssüf ki, istədiyimiz kimi bir irəliləyiş olmadı”.
Kansler dekabrda baş tutacaq növbəti Aİ zirvə görüşündə Türkiyə məsələsini gündəmə gətirəcəyini, müzakirələrin müsbət nəticə verəcəyinə ümid etdiyini qeyd edib.












































