Türkiyə MN 20 Yanvar haqqında paylaşım etdi

Türkiyə MN 20 Yanvar haqqında paylaşım etdi

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paylaşım edib.

Birmillet.az saytı APA-ya istinadən xəbər verir ki, Nazirliyin “Twitter” səhifəsində yer alan paylaşımda deyilir:

“1990-cı il 20 Yanvar tarixində qardaş Azərbaycanda baş verən, tarixdə “Qara Yanvar” kimi tanınan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Azərbaycanın milli matəm günündə bütün şəhidlərə Allahdan rəhmət diləyirik”.