Futbolçusu “Beşiktaş”dan FİFA-ya şikayət edib

Futbolçusu “Beşiktaş”dan FİFA-ya şikayət edib

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Kevin Nkulu İstanbul təmsilçisindən FİFA-ya şikayət edib.

Birmillet.az saytı Apasport.az saytına istinadən xəbər verir ki, buna səbəb “ağ-qaralar”ın fransalı legionerə olan borclarıdır.

Zədələrdən sonra meydana yeni dönən Kevin klubdan ala bilmədiyi vəsaiti tələb edir. O, “Beşiktaş”ın 247 min 500 avro ödəməsini istəyir. FİFA bu məbləğin 180 min təşkil etdiyini müəyyənləşdirib.

Qeyd edək ki, Nkulu 2019-cu ildə “Tottenhem”dən 4,5 milyon avroya transfer olunub.