Türkiyə-İran sərhədində atışma: ölən var

Türkiyə-İran sərhədində atışma: ölən var

Türkiyənin Van vilayətində, İranla sərhəddə atışma baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, PKK terror təşkilatının mənsubları Türkiyə Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Hadisə nəticəsində bir türk hərbçisi həlak olub, daha iki nəfər isə yaralanıb.

Hücumdan sonra Türkiyənin ordu qüvvələri terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyata başlayıb.

İstinad: Milli.az