Türkiyədə oyunların azarkeşlərin iştirakı ilə keçirilməsi bərpa edilə bilər.
Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, Türkiyə Futbol Federasiyası (TFF) Super Liqa və aşağı liqaların matçlarında tamaşaçıları tribunalara buraxılmasını təmin etməyi planlaşdırır.
TFF-nin bu təklifi qəbul olunarsa, martın 13-dən etibarən qarşılaşmalar zamanı stadionların tutumunun 30 faizinə azarkeş buraxılacaq. Bu isə Super Liqanın martın 12-15-də baş tutacaq XXV tur görüşlərinə təsadüf edəcək.
Qeyd edək ki, Türkiyə Super Liqasında ikinci dövrəyə fevralın 29-da start veriləcək.