Rusiyanın “Airbus A321” Təyyarəsi Misirdə Məcburi Eniş Edib
Rusiyaya məxsus “Airbus A321” sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Misirin Şarm əl-Şeyx Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Misirin Mülki Aviasiya Nazirliyinin məlumatına görə, təyyarə uçuş zamanı texniki nasazlıqla qarşılaşıb və geri qayıtması tələb olunub. Bunun nəticəsində təyyarə təhlükəsiz şəkildə Şarm əl-Şeyx hava limanına enib.
Təyyarə Şarm əl-Şeyxdən Yekaterinburq şəhərinə uçurdu və göyərtəsində 236 sərnişin olub.












































