Rusiyanın hava hücumu ilə əlaqədar Sumıdan səkkiz minə yaxın uşaq təxliyə edilib

Rusiyanın hava hücumu ilə əlaqədar Sumıdan səkkiz minə yaxın uşaq təxliyə edilib

Rusiyanın hava hücumları nəticəsində Ukraynanın Sumı vilayətindən 7 800 uşaq təxliyə edilib

Rusiyanın davam edən hava hücumları fonunda Ukraynanın Sumı vilayətində təhlükəsizlik tədbirləri çərçivəsində 7 800 uşaq təxliyə olunub.  Şərqi Avropa bürosuna açıqlamasında vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.

Rəsmilərin verdiyi məlumata görə, hazırda 18 rayonun 213 yaşayış məntəqəsində təcili təxliyə tədbirləri davam edir. Ümumilikdə təxminən 38 000 mülki şəxsin təxliyə olunduğu bildirilib.

Oleq Qriqorov vurğulayıb ki, insanların öz evlərini tərk etməsi ağır qərardır, lakin bu addımlar həyat, sağlamlıq və təhlükəsizlik naminə atılır:

“Başa düşürük ki, insanların öz evlərindən təxliyəsi və köçürülməsi son həddir. Lakin eyni zamanda insanlarımızın həyatı, sağlamlığı və təhlükəsizliyi birinci yerdə qalır.”