Berlindən Milana uçan təyyarə hava burulğanına düşüb, 9 nəfər xəsarət alıb

Berlindən Milana uçan təyyarə hava burulğanına düşüb, 9 nəfər xəsarət alıb

Berlindən Milana uçan təyyarə hava burulğanına düşüb – 9 nəfər xəsarət alıb

Berlindən Milana uçan sərnişin təyyarəsi turbulentliyə (hava burulğanı) düşərək, doqquz nəfərin xəsarət almasına səbəb olub. Alman nəşri “Die Zeit”-in yerli polisə istinadən verdiyi məlumata görə, xəsarət alanlar arasında səkkiz sərnişin və bir ekipaj üzvü var.

Hadisə zamanı üç nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təyyarədə ümumilikdə 185 nəfər olub.