Rusiya və Türkiyə XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Rusiya və Türkiyə XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Sergey Lavrov və Hakan Fidan Suriya məsələsini müzakirə etdilər

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Türkiyə Xarici İşlər Naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, görüşdə Suriya və ətraf bölgədəki vəziyyət müzakirə olunub. Tərəflər Suriya Ərəb Respublikasının suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət prinsipinin vacibliyini vurğulayıblar. Onlar həmçinin, beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini bildiriblər.

Görüş zamanı ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələlər də müzakirə edilib. Lavrov və Fidan Suriya və digər regional, beynəlxalq məsələlərlə bağlı daim əlaqədə qalmaq barədə razılığa gəliblər.