Qırğızıstanın Joqorku Keneşinin deputatları Tacikistanla sərhədin delimitasiyası haqqında sazişin ratifikasiyasını təsdiqləyiblər. Bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.
Sazişin ratifikasiyası barədə qanunun lehinə 85 deputat, əleyhinə isə bir nəfər səs verib. Sənəd təsdiqlənmək üçün Qırğızıstan Prezidentinə göndərilib.
Qeyd edək ki, Tacikistan parlamenti də ötən gün sərhədin delimitasiyası ilə bağlı sazişin ratifikasiyasını təsdiqləyib.












































