İsrail Qəzzada HƏMAS-ın hərbi obyektinə və gəmilərinə zərbələr endirib

İsrail Qəzzada HƏMAS-ın hərbi obyektinə və gəmilərinə zərbələr endirib

İsrail Ordusu Qəzza zolağında HƏMAS-ın hərbi obyektinə və Fələstin anklavının sahilyanı zonasındakı bir neçə gəmiyə zərbələr endirib. Bu barədə ordunun mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, İsrail Müdafiə Ordusu Qəzzanın şimalında HƏMAS-ın hərbi obyektinə zərbə endirib, burada İsrail ərazisinə raket atılması üçün hazırlıq aparılırdı. Həmçinin, İsrail donanması Qəzza zolağının sahilyanı zonasında bir neçə gəmiyə zərbələr endirib. Bu gəmilər HƏMAS və “İslami Cihad” tərəfindən terror fəaliyyətində istifadə olunmaq üçün nəzərdə tutulub.

Qurumdan bildirilib ki, İsrail Ordusu ölkə vətəndaşlarına və qüvvələrinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün Qəzza zolağında terror hədəflərinə zərbələr endirməyə davam edir.