“Qalatasaray” və “Trabzonspor” qələbə qazanıb

“Qalatasaray” və “Trabzonspor” qələbə qazanıb

Türkiyə Super Liqasında XIV tura start verilib.

Birmillet.az saytı bildirir ki, Apasport.az saytının məlumatına görə, ilk gündə 2 oyun keçirilib.

Abdullah Avcının gəlişindən sonra çempionatda uğurlu çıxış edən “Trabzonspor” məğlubiyyətsiz oyunlar seriyasını 7-yə yüksəldib. “Bordo-mavililər” debütant “Hatayspor”a səfərdə 1 qolla qalib gələrək, turnir cədvəlində ona yaxınlaşıb.

Ötən həftəsonu “Fatih Karagümrük”ə uduzan “Qalatasaray” bunun əvəzini “Rizəspor”dan çıxıb. Rəqibini üstələyən “cim-bom” lider “Alanyaspor”la xal fərqini aradan qaldırıb.

Qeyd edək ki, turun digər oyunları 23-24 dekabrda keçiriləcək.

Türkiyə Super Liqası
XIV tur
22 dekabr
“Hatayspor” – “Trabzonspor” – 0:1

Vitor Uqo, 74
“Qalatasaray” – “Rizəspor” – 3:1
Əmrə Kılınç, 4, Arda Turan, 12, Fequli, 63 – Soner Aydoğdu, 14

1  Alanyaspor 13 8 2 3 22-8 26
2  Qalatasaray 13 8 2 3 23-10 26
3  Fənərbaxça 13 7 2 4 23-19 23
4  Beşiktaş 12 7 1 4 25-19 22
5  Qaziantep 12 5 6 1 20-15 21
6  Hatayspor 13 6 3 4 14-16 21
7  Fatih Karagümrük 13 5 5 3 22-16 20
8  Trabzonspor 14 5 5 4 16-17 20
9  Yeni Malatyaspor 12 5 4 3 16-13 19
10  Göztəpə 13 4 6 3 19-14 18
11  Kasımpaşa 13 5 3 5 16-17 18
12  Antalyaspor 13 4 5 4 14-16 17
13  Konyaspor 12 4 3 5 15-12 15
14  Başakşəhər 12 4 3 5 18-18 15
15  Rizəspor 13 4 3 6 18-23 15
16  Sivasspor 12 3 5 4 10-12 14
17  Gənclərbirliyi 12 3 3 6 10-18 12
18  Kayserispor 12 2 4 6 6-14 10
19  Ankaragücü 12 2 3 7 14-20 9
20  Dənizlispor 12 2 3 7 11-21 9
21  Ərzurum BB 13 2 3 8 11-25 9