Ömer Çelik: “Radikalizm Ermənistanı çökdürür”

Ömer Çelik: “Radikalizm Ermənistanı çökdürür”

“Radikalizm, təcavüzkarlıq Ermənistanı açıq-aşkar çökdürür”.

Birmillet.az saytı APA-ya istinadən xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik partiyanın növbəti toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın da qatıla biləcəyi platforma ilə regionda sülhü bərqərar etmək təklifini reallaşdırmanın mümkünlüyündən danışan Ö.Çelik deyib ki, bunun üçün Ermənistan təcavüzkarlıq planlarından əl çəkməlidir: “Hazırda bu istiqamətdə yaradılan mexanizm təkmilləşdirilir”.

AKP sözçüsü bildirib ki, Azərbaycanın özünə aid olan torpaqları yenidən geri alması Minsk Qrupunun tərkibində olan və olmayan bəzi ölkələrdə narahatlıq yaradıb: “Bu baxımdan Belçika Nümayəndələr Palatasının Qarabağ və Türkiyə ilə bağlı əssassız, qərəzli ittihamları qəbul edilən deyil. Fransa da bu məsələdə önəmli rol oynamaq istəyirsə, doğru olanı deməlidir”.