Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin Sədri Mixael Harmsı Qəbul Edib

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edib. Bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Görüş zamanı dövlət başçısının Almaniya biznes dairələrinin nümayəndələri ilə keçirdiyi əvvəlki görüşlər xatırlanıb və bu əlaqələrin ikitərəfli münasibətlərin, xüsusilə də iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb. Almaniya Prezidentinin Azərbaycana rəsmi səfəri də bu istiqamətdə əlaqələrin güclənməsinə töhfə kimi qeyd olunub.

Görüşdə Azərbaycan ilə Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Mixael Harms, ölkəmizə səfərinin səmərəli olacağına və tərəflər arasında iqtisadi əməkdaşlıqla bağlı gündəliyin müzakirəsi üçün geniş imkan yaradacağına ümidvar olduğunu ifadə edib.

Söhbət zamanı AZPROMO ilə qarşılıqlı iqtisadi layihələr üzrə “Yol xəritəsi”nin imzalanacağı və bu prosesdə Azərbaycan Prezidentinin siyasi dəstəyinin əhəmiyyəti xüsusi vurğulanıb.

Həmçinin, Azərbaycanda mövcud olan əlverişli investisiya mühiti, alman iş adamlarının ölkəyə marağı və gələcək iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub.