ABŞ Dövlət Departamentinin nümayəndələri Azərbaycanda səfərdədirlər

ABŞ Dövlət Departamentinin nümayəndələri Azərbaycanda səfərdədirlər

ABŞ Dövlət Katibinin Müavin Köməkçisi Coşua Hak Azərbaycana Səfər Edib

ABŞ dövlət katibinin AvropaAvrasiya məsələləri üzrə müavin köməkçisi Coşua Hak rəsmi səfər çərçivəsində Azərbaycana gəlib.

Bildirilib ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara səfirlik binasında Coşua HakıDövlət Departamentinin Avropa üzrə baş müşaviri Uayett Toelkeni (Wyatt Toehlke) qəbul edib.

Diplomatik missiyanın məlumatında qeyd olunur ki, səfərin məqsədi ABŞ ilə Azərbaycan arasında yüksək səviyyəli ikitərəfli dialoqu davam etdirmək, ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq etməkdir.

Görüşlər çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın inkişafı və Cənubi Qafqazda sabitliyin dəstəklənməsi istiqamətində müzakirələr aparılacağı gözlənilir.