Nazir: Türkiyədə zəlzələ bölgəsində 30 nəfər axtarılır, 18 nəfər ölüb

Nazir: Türkiyədə zəlzələ bölgəsində 30 nəfər axtarılır, 18 nəfər ölüb

Türkiyənin Elazığ bölgəsində baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir. Malatyada dağıntılar altında qalan yoxdur. Elazığda isə 30 nəfər axtarılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib. Nazirin sözlərinə görə, təbii fəlakət bölgəsinə çox sayda ağır texnika cəlb olunub. Bu vaxtadək 18 nəfərin öldüyü təsdiqlənib. Yaralılar xəstəxanalara yerləşdirilib. Ətraf bölgələrdən qan gətirildiyi bildirilir.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bölgəyə zəruri səyyar xidmət obyektləri, ləvazimat və avadanlıq daşımaqdadır.

Qeyd edək ki, hazırda 3 nazir təbii fəlakət bölgəsindədir. Ərazidə yeddi günlük fasiləsiz axtarış-xilasetmə işləri elan olunub.

Mənbə: azertag.az