KİV: Tramp və Zelenski Papanın dəfnindən sonra danışıqlar barədə razılığa gəliblər

KİV: Tramp və Zelenski Papanın dəfnindən sonra danışıqlar barədə razılığa gəliblər

Donald Tramp və Volodimir Zelenski Vatikanda Əlavə Danışıqlar Aparmaq Barədə Razılığa Gəldilər

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda Roma Papası Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər. Bu barədə məlumatı “Sky News” telekanalı yayıb.

Qeyd edək ki, daha əvvəl xarici KİV-lər Donald Trampın Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi başlamazdan əvvəl Volodimir Zelenski ilə qısa bir görüş keçirdiyi barədə xəbər vermişdi.

Hazırda tərəflərin əlavə danışıqlarda hansı mövzuları müzakirə edəcəyi barədə geniş məlumat verilməyib.