“Fənərbaxça” uduzub, Super Liqada penaltisiz oyun olmayıb

“Fənərbaxça” uduzub, Super Liqada penaltisiz oyun olmayıb

Türkiyə Super Liqasında XIII tur davam edir.

Birmillet.az saytı bildirir ki, Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 4 matç baş tutub.

Günün bütün görüşlərində penalti təyin olunub. “Hatayspor” səfərdə “Göztəpə”ni 11 metrlik nöqtədən vurulan qolla məğlub edib.

“Trabzonspor”un “Rizəspor”u yendiyi matçda hər komanda bir belə şansdan yararlanıb. “Yeni Malatyaspor” isə iki penalti ilə “Kasimpaşa”nı üstələyib.

“Fənərbaxça” “Qaziantep”ə uduzub. Bu görüşdə də qollardan biri 11 metrlik nöqtədən vurulub.

Qeyd edək ki, tura dekabrın 21-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XIII tur
19 dekabr
“Göztəpə” – “Hatayspor” – 0:1

Diuf, 60 (pen.)
“Trabzonspor” – “Rizəspor” – 2:1
Ekuban, 53 (pen.), Canini, 65 – Şkoda, 36 (pen.)
“Yeni Malatyaspor” – “Kasimpaşa” – 2:0
Büyük, 45 (pen.), 56 (pen.)
“Qaziantep” – “Fənərbaxça” – 3:1
Vetri, 10, Maksim, 40 (pen.), Özər, 90 – Pelkas, 24

1  Alanyaspor 12 8 2 2 22-7 26
2  Qalatasaray 12 7 2 3 20-9 23
3  Fənərbaxça 12 7 2 3 22-17 23
4  Qaziantep 12 5 6 1 20-15 21
5  Hatayspor 12 6 3 3 14-15 21
6  Fatih Karagümrük 13 5 5 3 22-16 20
7  Yeni Malatyaspor 12 5 4 3 16-13 19
8  Beşiktaş 11 6 1 4 21-19 19
9  Göztəpə 13 4 6 3 19-14 18
10  Kasımpaşa 13 5 3 5 16-17 18
10  Trabzonspor 13 4 5 4 15-17 17
12  Konyaspor 11 4 3 4 15-11 15
13  Başakşəhər 12 4 3 5 18-18 15
14  Rizəspor 12 4 3 5 17-20 15
15  Antalyaspor 12 3 5 4 12-16 14
16  Sivasspor 11 2 5 4 9-12 11
17  Gənclərbirliyi 11 3 2 6 9-17 11
18  Kayserispor 11 2 4 5 6-12 10
19  Ərzurumspor 12 2 3 7 11-21 9
20  Ankaragücü 11 2 2 7 13-19 8
21  Dənizlispor 11 1 3 7 10-21 6