Cümhuriyyət: Türkiyə Novruzun rəsmi bayram elan edilməsi ilə bağlı qanun layihəsi hazırlayacaq

Cümhuriyyət: Türkiyə Novruzun rəsmi bayram elan edilməsi ilə bağlı qanun layihəsi hazırlayacaq

Türkiyədə Novruzun Rəsmi Bayram Olması Üçün Qanun Layihəsi Hazırlanır

Türkiyədə Ramazan bayramı üçün doqquz günlük tətildən qısa müddət sonra hakim Ədalət və İnkişaf Partiyası (AKP) Novruzun ölkədə rəsmi bayram elan edilməsi üçün qanun layihəsinin hazırlanmasına başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti AKP-dəki mənbələrə istinadən məlumat yayıb. Xatırladaq ki, bu təşəbbüs daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülmüş və o, “türk dünyası üçün ortaq bayramın” olmasının vacibliyini vurğulamışdı.

Məlumata görə, qanun layihəsinin hazırlanmasına AKP baş katibinin türk dövlətləri ilə əlaqələrə cavabdeh olan müavini Kürşat Zorlunun rəhbərlik edəcəyi bildirilir. AKP hesab edir ki, Novruzun rəsmi bayram elan edilməsi türk xalqlarının mədəni və tarixi yaxınlaşmasına yeni töhfə verəcək.