Çindən təxliyə olunan azərbaycanlılar Bakıya çatdı

Çindən təxliyə olunan azərbaycanlılar Bakıya çatdı

Karona virusu haqqında son xəbərlər !

Çindən təxliyə olunan azərbaycanlılar artıq Bakıdadır.

Birmillet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar Bakı vaxtı ilə saat 16:20-də Heydər Əliyev adına hava limanına çatıblar.

Qeyd edək ki, Çinin Uhan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar təxliyə olunan və Ankaradakı Doktor Zekai Tahir Burak Qadın Sağlığı Təhsili və Araşdırma Xəstəxanasında karantində olan Azərbaycan vətəndaşları fevralın 15-də həmin xəstəxananı tərk ediblər.

Azərbaycanlılar yerli vaxtla saat 13:00-da AZAL-ın müvafiq reysi ilə Bakıya yola düşüblər.

Çindən təxliyə olunan Azərbaycan vətəndaşları bunlardır: Leyla Quliyeva, Firuddin Nağıyev, Duyğu Nağıyeva, Rauf Məmmədli, Tural Cəfərov, Elşən Musazadə.

Xatırladaq ki, vətəndaşlarımız Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmvətənlərimizdə koronavirus aşkarlanmayıb.