Azərbaycan səfiri Çindən təxliyə olunan şəxslərlə görüşüb

Azərbaycan səfiri Çindən təxliyə olunan şəxslərlə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çindən Türkiyə Ordusuna məxsus təyyarə ilə təxliyə olunmuş 6 Azərbaycan vətəndaşı ilə görüşüb.

Birmillet.az “Report”a istinadən xəbər verir ki, iki həftədir Türkiyə ərazisində karantində olan azərbaycanlılar bu gün təyyarə ilə Bakıya yola düşəcəklər.

Azərbaycan Tanıtım Evində keçirilən görüşdə həmin vətəndaşlar Uhan şəhərindən necə çıxarıldıqları, bütövlükdə Çindəki koronavirusla bağlı vəziyyət barədə səfirə məlumat veriblər.

Vətəndaşlarımız Heydər Əliyev Parkını, Anıtqəbiri, daha sonra isə Məhəmmədəmin Rəsulzadənin məzarını ziyarət ediblər.

Ötən gün Türkiyənin səhiyyə naziri Fahrettin Koca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlamışdı.