Çində 6,8 maqnitudalı zəlzələ nəticəsində 53 nəfər həlak olub, 62 nəfər isə yaralanıb. “Xinhua” agentliyinin məlumatına görə, təbii fəlakətdən sonra ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.
Zəlzələ Çinin cənub-qərbində, Tibet Muxtar Rayonunda (TMR) baş verib. Ölkə rəhbərliyi, zərərçəkənlərə yardım göstərmək üçün regiona 22 min ədəd zəruri ləvazimat və 1500-dən çox xilasedici göndərib.
Bu fəlakət bölgədə geniş miqyaslı dağıntılara və insan tələfatına səbəb olub. Çin hökuməti əhalinin təhlükəsizliyini təmin etmək üçün intensiv tədbirlər görməyə davam edir.












































