“Beşiktaş” Super Liqada ardıcıl 3-cü qələbəsini qazanıb

“Beşiktaş” Super Liqada ardıcıl 3-cü qələbəsini qazanıb

Türkiyə Super Liqasında XI tura start verilib. “Beşiktaş” Super Liqada iştirak edib.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, açılış matçında “Beşiktaş” meydana çıxıb.

Ötən iki turda “Başakşəhər” və “Fənərbaxça” üzərində inamlı qələbə qazanan “ağ-qaralar” İstanbulun digər təmsilçisi “Kasımpaşa”ya da eyni aqibəti yaşadıb. İkinci hissənin əvvəllərindən 10 nəfərlə mübarizə aparan “Kasımpaşa” güclü rəqibi önündə darmadağına məruz qalıb.

Qələbə sayəsində xallarının sayını 19-a çatdıran Sərgən Yalçının yetirmələri 4-cü pillədəki mövqelərini möhkəmlədiblər.

Qeyd edək ki, turun digər oyunları 5-7 dekabrda keçiriləcək.

Türkiyə Super Liqası
XI tur
4 dekabr
“Beşiktaş” – “Kasımpaşa” – 3:0

Mensah, 45+2, Hatçinson, 69, Abubakar, 75

1  Alanyaspor 9 7 2 0 19-3 23
2  Qalatasaray 10 6 2 2 16-7 20
3  Fənərbaxça 10 6 2 2 20-13 20
4  Beşiktaş 10 6 1 3 20-17 19
5  Qaziantep 10 3 6 1 15-13 15
6  Kasımpaşa 11 4 3 4 13-13 15
7  Fatih Karagümrük 10 3 5 2 17-11 14
8  Göztəpə 9 3 5 1 15-9 14
9  Başakşəhər 10 4 2 4 16-15 14
10  Konyaspor 9 3 3 3 10-7 12
11  Rizəspor 9 3 3 3 12-14 12
12  Yeni Malatyaspor 9 3 3 3 10-12 12
13  Hatayspor 7 3 3 1 7-9 12
14  Trabzonspor 10 3 3 4 12-15 12
15  Antalyaspor 10 2 4 4 11-16 10
16  Sivasspor 9 2 3 4 8-11 9
17  Ərzurum BB 9 2 3 4 11-15 9
18  Kayserispor 9 2 2 5 5-11 8
19  Dənizlispor 9 1 3 5 8-16 6
20  Gənclərbirliyi 9 1 2 6 6-16 5
21  Ankaragücü 8 0 2 6 7-15 2