Bayden prostat xərçəngi xəstəliyinin ağır formasına tutulub

Bayden prostat xərçəngi xəstəliyinin ağır formasına tutulub

ABŞ-nin keçmiş prezidenti Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. CNN-in məlumatına görə, şiş artıq sümüklərə yayılıb. Diaqnoz həkimlərin Baydenin prostat vəzində əlavə müayinə tələb edən kiçik bir şiş aşkarlamasından sonra cümə günü təsdiqlənib.

Həkimlərin açıqlamasına əsasən, xəstəlik daha aqressiv olsa da, hormonal terapiyaya qarşı həssaslıq göstərir və effektiv şəkildə müalicə edilə bilər. Co Baydenin nümayəndələri qeyd ediblər ki, hazırda sabiq prezident və ailəsi mümkün müalicə variantlarını dəyərləndirir.

Hazırkı vəziyyət keçmiş prezidentin sağlamlıq durumu ilə bağlı ciddi narahatlıq doğursa da, həkimlər optimist mövqedədir və müalicənin müsbət nəticə verə biləcəyini bildirirlər.