“Azərbaycanda koronavirusla əlaqədar vəziyyət Türkiyə Səfirliyi və Baş Konsulluqları tərəfindən yaxından müşahidə olunur”. Birmillet.az xəbər verir ki, bu barədə səfirliyin Twitter hesabında açıqlama yayılıb.
“Nazirlər Kabineti yanında operativ qərargah ölkədəki bütün tədris müəssisələrində aparılacaq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər səbəbi ilə daha əvvəl elan olunmuş tətilin 27 mart tarixinə qədər uzadıldığını açıqlayıb.
Azərbaycanda yaşayan vətəndaşlarımızı bu mərhələdə Türkiyə və Azərbaycan səhiyyə nazirliklərinin internet səhifələrində koronavirusla bağlı verilən vacib məlumatlara diqqətlə əməl etmələri tövsiyə olunur. Məsələ ilə bağlı səfirliyimiz Azərbaycanın rəsmi qurumları ilə daimi təmasdadır. Koronavirusun Azərbaycandakı miqyası ilə bağlı baş verəcək hər hansı bir dəyişikliyə görə əlavə tədbirlərin görüləcəyi halda vətəndaşlarımız dərhal məlumatlandırılacaq. Hazırki vəziyyət vətəndaşlarımıza hörmətlə elan olunur”,- deyə səfirliyin müraciətində qeyd olunub.












































