Azərbaycan və İran Təbriz-Bakı-Təbriz aviareysinin bərpasını müzakirə edir

Azərbaycan və İran Təbriz-Bakı-Təbriz aviareysinin bərpasını müzakirə edir

Azərbaycan və İran arasında hava nəqliyyatı sahəsində yeni əməkdaşlıq perspektivləri açılır. Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası məsələsi gündəmdədir. Bu barədə İranın Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərmast məlumat verib.

Onun sözlərinə görə, bu təşəbbüs iki ölkə arasında iqtisadi və turizm sahələrində əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Yeni uçuş xətti regionlararası qarşılıqlı əlaqəni gücləndirə bilər.

Bundan əlavə, İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi ilə bağlı razılıq əldə olunub. İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri zamanı sərhəd keçidinin sadələşdirilməsi, elmi-tədqiqat və texnoloji layihələrin həyata keçirilməsi kimi məsələlər də müzakirə edilib.

Bu addımlar Azərbaycan–İran münasibətlərinin həm nəqliyyat, həm də təhsil və elm sahələrində genişlənməsinə xidmət edir.