“Alanyaspor” uduzub, “Beşiktaş” liderə yaxınlaşıb

“Alanyaspor” uduzub, “Beşiktaş” liderə yaxınlaşıb

Türkiyə Super Liqasında XIII tur davam edir.

Birmillet.az saytı bildirir ki, Apasport.az saytının məlumatına görə, bu gün daha 3 oyun keçirilib.

Aşağı pillələrdə qərarlaşan “Gənclərbirliyi” ilə “Ankaragücü”nün duelində komandalar hərəyə 1 xalı 1 qolla əldə edib.

Ən yaxın izləyicilərinin məğlub olduğu turda lider “Alanyaspor” da autsayder “Dənizlispor”a uduzaraq, liderliyini möhkəmlətmək şansını qaçırıb.

Son sıralarda yer alan daha bir komanda “Ərzurum BB” isə İstanbulda “Beşiktaş”la bacarmayıb. Rəqibini ikinci hissədəki qollarla darmadağın edən “ağ-qaralar” həm turnir cədvəlində 4-cü yerə yüksəlib, həm də liderlə aradakı xal fərqini 4-ə endirib.

Tura dekabrın 21-də keçiriləcək “Antalyaspor” – “Kayserispor” (20:00) və “Konyaspor” – “Sivasspor (20:00) oyunları ilə yekun vurulacaq.

Türkiyə Super Liqası
XIII tur
20 dekabr
“Gənclərbirliyi” – “Ankaragücü” – 1:1

Berat Özdəmir, 58 – Lobjanidze, 74
“Dənizlispor” – “Alanyaspor” – 1:0
Rodalleqa, 9
“Beşiktaş” – “Ərzurum BB” – 4:0
Abubakar, 58 (pen.), 71, Nkudu, 63, Vida, 70

1  Alanyaspor 13 8 2 3 22-8 26
2  Qalatasaray 12 7 2 3 20-9 23
3  Fənərbaxça 13 7 2 4 23-19 23
4  Beşiktaş 12 7 1 4 25-19 22
5  Qaziantep 12 5 6 1 20-15 21
6  Hatayspor 12 6 3 3 14-15 21
7  Fatih Karagümrük 13 5 5 3 22-16 20
8  Yeni Malatyaspor 12 5 4 3 16-13 19
9  Göztəpə 13 4 6 3 19-14 18
10  Kasımpaşa 13 5 3 5 16-17 18
11  Trabzonspor 13 4 5 4 15-17 17
12  Konyaspor 11 4 3 4 15-11 15
13  Başakşəhər 12 4 3 5 18-18 15
14  Rizəspor 12 4 3 5 17-20 15
15  Antalyaspor 12 3 5 4 12-16 14
16  Gənclərbirliyi 12 3 3 6 10-18 12
17  Sivasspor 11 2 5 4 9-12 11
18  Kayserispor 11 2 4 5 6-12 10
19  Ankaragücü 12 2 3 7 14-20 9
20  Dənizlispor 12 2 3 7 11-21 9
21  Ərzurum BB 13 2 3 8 11-25 9