ABŞ Misir üçün nəzərdə tutulmuş 95 milyon dollarlıq hərbi yardımı Livana göndərəcək

ABŞ Misir üçün nəzərdə tutulmuş 95 milyon dollarlıq hərbi yardımı Livana göndərəcək

ABŞ Misir ordusu üçün nəzərdə tutulmuş 95 milyon dolları Livana yönəldib. “Reuters” agentliyinin məlumatına görə, bu vəsait Livan hərbçilərinin ixtisasartırma tədbirlərinə, sərhədlərin möhkəmləndirilməsinə, terrorla mübarizəyə və Suriyadakı hakimiyyət dəyişikliyinin təsir etdiyi təhlükəsizlik ehtiyaclarının təmin edilməsinə sərf ediləcək.

Vəsaitin yenidən bölüşdürülməsi, amerikalı qanunvericilərin Misirdə insan hüquqları ilə bağlı narahatlıqlarını ifadə etməsindən sonra baş tutub.

ABŞ qanunvericiliyinə görə, Konqresin hərbi yardımın yenidən bölüşdürülməsinə etiraz etmək üçün 15 günlük müddəti var. Lakin ekspertlər qanunvericilərin bu vəsaitin Livana köçürülməsini dəstəkləyəcəyini proqnozlaşdırır.