ABŞ Dövlət Katibinin Müavin Köməkçisi Coşua Hak Azərbaycana Səfər Edib
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavin köməkçisi Coşua Hak rəsmi səfər çərçivəsində Azərbaycana gəlib.
Bildirilib ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara səfirlik binasında Coşua Hakı və Dövlət Departamentinin Avropa üzrə baş müşaviri Uayett Toelkeni (Wyatt Toehlke) qəbul edib.
Diplomatik missiyanın məlumatında qeyd olunur ki, səfərin məqsədi ABŞ ilə Azərbaycan arasında yüksək səviyyəli ikitərəfli dialoqu davam etdirmək, ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq etməkdir.
Görüşlər çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın inkişafı və Cənubi Qafqazda sabitliyin dəstəklənməsi istiqamətində müzakirələr aparılacağı gözlənilir.












































