“Kurtlar vadisi” serialının məşhur aktyoru vəfat edib

“Kurtlar vadisi” serialının məşhur aktyoru vəfat edib

Türkiyəli, “Kurtlar vadisi” serialının məşhur aktyoru Haldun Boysan vəfat edib.

Birmillet.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, serial çəkilişləri ilə əlaqədar Nevşehir vilayətində olan H.Boysan qaldığı oteldə infarktdan ölüb.

Qeyd edək ki, o, 1958-ci ildə Ankarada anadan olub. “Kurtlar vadisi” serialındakı “Tombalacı Mehmet” obrazı ilə də məşhur idi.