Türkiyə Avropadan 3614 vətəndaşını gətirəcək

Türkiyə Avropadan 3614 vətəndaşını gətirəcək

Türkiyə Xarici İşlər naziri Mövlüt Çavuşoğlu koronavirusun yayılması səbəbindən uçuşlar dayandırıldığına görə Avropadan geri dönə bilməyən Türkiyə vətəndaşları haqqında danışıb.

Birmillet.azQafqazinfo”ya istinadən xəbər verir ki, XİN rəhbəri 3614 Türkiyə vətəndaşının bu gecə Avropadan ölkəyə qayıdacağını bildirib.

Onun sözlərinə görə, həmin şəxslər İstanbul və Ankaradakı yataqxanalarda karantində saxlanılacaqlar.

Qeyd edək ki, Türkiyə 9 ölkəyə aviareysləri dayandırıb. Xarici ölkələrdən qayıtmaq istəyən Türkiyə vətəndaşları üçün isə xüsusi təxliyyə uçuşları təşkil olunur.