Demet Akalın “Evində qal, Türkiyə” kampaniyasına start verdi

Demet Akalın “Evində qal, Türkiyə” kampaniyasına start verdi

Evində qal, Türkiyə

Dünyada koronavirus infeksiyasının (COVİD-19)  geniş yayıldığı bir dövrdə Türkiyənin məşhur müğənnisi Demet Akalın epidemiyanın qarşısını almaq üçün görülən tədbirlərə dəstək verib.

Birmillet.az xəbər verir ki, pop ulduz “Evində qal, Türkiyə” kampaniyasına start verib. Müğənni özünün Instagram səhifəsində video paylaşaraq insanlara məcbur olmadıqları halda evdən çölə çıxmamağı tövsiyə edib.

Paylaşımda deyilir: “10 gün, 1 ay dişinizi sıxın, bayıra çıxmayın. Sizdə bu həvəs hardandır ki, bayıra çıxmaq istəyirsiz? Belə etməyin! Bu işin yaş sərhəddi də yoxdur. Gəzmək, çölə çıxmaq kimi istəklərinizə sərhəd qoyun. Evində qal, Türkiyə!”

https://www.instagram.com/p/B9zU_z7JK37/