Koronavirus tədbirləri çərçivəsində mətbuat konfransı təşkil edən Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ondan şikayət edən bir jurnalistə göstərdiyi reaksiya ilə diqqət çəkib.
Birmillet.az xəbər verir ki, konfransda iştirak edən bir qadın jurnalist kifayət qədər mikrofon paylanmadığına işarə edərək “Bundan sonra mikrofon paylaya bilsəniz, bu cür çətinlik çəkmərik” deyə şikayətlənib.
Səhiyyə naziri Fahrettin Koca isə gülümsəyərək “Üzrlü say, qızım” deyib. Nazirin bu reaksiyası sosial media istifadəçilərinin diqqətini çəkib. İstifadəçilər nazirin mülayim və təmkinli münasibətini təqdir ediblər.
https://youtu.be/NiZvEz08Opc












































