Türkiyə ilə İran sərhədində 7 cəsəd tapıldı

Türkiyə ilə İran sərhədində 7 cəsəd tapıldı

Türkiyənin Van vilayətinin İranla sərhəd olan Çaldıran rayonunda 7 qaçqının cəsədi aşkarlanıb.

Birmillet.az Van valiliyinə istinadən xəbər verir ki,  Əfganıstan, Pakistan ve Suriya vətəndaşları olan, sərhədi qanunsuz yolla keçməyə cəhd edən miqrantların donaraq öldükləri ehtimal edilir.

Qeyd edək ki, keçən ilin fevralında da İran sərhədindən Çaldıran rayonuna qanunsuz yolla keçən 13 miqrant donaraq ölmüşdü.