Türkiyə ordusu 11 PKK əsgərini öldürdü

Türkiyə ordusu 11 PKK əsgərini öldürdü

Türkiyə ordusu tərəfindən İraqın şimalındakı Metina bölgəsində 11 PKK hərbçisi öldürülüb.

Birmillet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün rəsmi Twitter hesabında məlumat yayıb.

Məlumatda deyilir ki, “İraqın Metina bölgəsində aparılan havadan kəşfiyyat əməliyyatları zamanı PKK terror təşkilatının 11 üzvü aşkarlanaraq zərərsizləşdirilib”.