Türkiyədə koronavirusa yoluxanların sayı 5 oldu – VİDEO

Türkiyədə koronavirusa yoluxanların sayı 5 oldu – VİDEO

Türkiyədə koronavirusa yoluxanların sayı 5 nəfərə çatıb.

Birmillet.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca koronavirusla mübarizə tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, Türkiyədə 3 yeni yoluxma faktı qeydə alınıb. Yoluxanlar koronavirusa ilk yoluxan şəxslə əlaqədə olanlardır.

Fahrettin Kocanın sözlərinə görə, Avropa İttifaqı 54 ölkəyə səyahət məhdudiyyətləri tətbiq etdiyi halda Türkiyə risk siyahısında yer almayıb.

Nazir həmçinin Türkiyə vətəndaşlarına virusun yayılma riskini azaltmaq üçün tövsiyələr verib.

https://twitter.com/drfahrettinkoca/status/1238484199079804931